Rusiya Dnepri də işğal edə bilər

Описание к видео Rusiya Dnepri də işğal edə bilər

Rusiya və Qərbin viran qoyduğu ölkə - Ukrayna. Ərazi itirməkdə davam edir. İndi ən böyük şəhərlərindən biri təhlükə ilə üz-üzədir. Xarkov. Böyük Vətən müharibəsində onu almanlar işğal etmək istəyirdi, indi isə ruslar. Xarkov Ukraynanın ən iri şəhərlərindən biridir. Xarkov vilayətinin bir neçə yaşayış məntəqəsi rusların əlinə keçib. İnsanlar Xarkovu tərk edirlər. Ukraynada yeni ərazilər işğal etmək indi Rusiyanın yeni müdafiə nazirinə həvalədir. Andrey Belousov. Heç vaxt orduda xidmət etməyən, ixtisası iqtisadçı olan yeni müdafiə naziri. Bilmirəm dünyada neçə ölkənin müdafiə naziri mülki şəxsdir. Amma müharibə aparan bir ölkə üçün bu, olduqca maraqlı seçimdir. Putinin izahı belədir: Belousov güc blokunun iqtisadiyyatını ölkənin ümumi iqtisadiyyatına necə uyğunlaşdırmağı mükəmməl başa düşür. Qərb mətbuatı hesab edir ki, Belousovun təyinatı Kiyev üçün yaxşı heç nə vəd etmir. Putin Xarkovu almaq kimi planının olmadığını deyir. Rus qoşunları isə Xarkov şəhəri istiqamətində sürətlə irəliləyir. Ukraynaya səfər edən Blinken isə Kiyevdə gitara çalır. Zelenski onunla görüşdə əlavə hərbi yardım istəmişdi. Blinken dəstəyini barda gitarası ilə ifadə edirdi. Ukrayna üçün proqnozlar nikbin deyil. Bəziləri yaxın həftələrdə onun “qaranlıq gələcəyi”ni proqnozlaşdırır, digərləri Rusiyanın Xarkovu ala bilməyəcəyinə inanır, bir başqası hesab edir ki, Rusiya ilə Ukrayna danışıqlar masasına oturacaq. Yəqin ki, indi Ukraynanın ehtiyacı ən çox onadır: bu bəladan necəsə xilas edəcəyinə inandığı Allaha

Bizi İzləyin:
Whatsapp: https://whatsapp.com/channel/0029Va8Q...
Facebook:   / ictimai.tv  
Instagram:   / ictimaitv.official  
Teleqram: https://t.me/tvictimai
Sayt: https://itv.az/

Copyright © İCTİMAİ TV

#itv #ictimaitv #video #televiziya #baku #videolar #sondakika #video #gündem #news #sondeqiqe #sondəqiqə #gündem #news #keşfet

Комментарии

Информация по комментариям в разработке